Ya "Qarabağ", ya "Bakı"

Ya "Qarabağ", ya "Bakı"
XƏBƏR 15 Fevral 2011 / 22:36 2313
-  A +

"Anji" klubu Rusiya çempionatında 2011-2012-ci il mövsümünün startı ərəfəsində son təlim-məşq toplantısını Azərbaycan paytaxtında keçirəcək. Qol.Az-ın "Sport-Ekspress"ə istinadən verdiyi məlumata görə, Mahaçqala komandası martın ilk ongünlüyündə "Bakı"nın bazasında məskunlaşacaq. 

Hacı Hacıyevin rəhbərlik etdiyi kollektiv ən azı bir yoxlama matçı da keçirəcək. Rəqib ya "Bakı", ya da "Qarabağ" olacaq. Martın 1-də Rusiya Kubokunun 1/8 finalında "Zenit"lə qarşılaşacaq "Anji" Premyer Liqada ilk oyununu isə martın 12-də keçirəcək. Rəqib debütant "Krasnodar" olacaq. 

  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq