Qurban Qurbanov «Qarabağ»ın çempionluq şansından danışdı

XƏBƏR 15 Fevral 2011 / 16:58 2169
-  A +

«Komandamız get-gedə daha yaxşı oynayacaq. Amma problemlərimiz də var ki, get-gedə onları aradan qaldırırır». Bu sözləri «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Qol.Az-ın komandasının çempionluq şansları ilə bağlı sualını cavablandırarkən deyib.

«Hələ tələsməyinə dəyməz. Məqsədimiz ilk “6-lıq”da yerimizi təmin etmək idi, ona da nail olduq. Hər oyunda qələbə əzmi ilə meydançaya çıxmağa çalışacağıq. Məğlubiyyətlər də, heç-heçələr də olacaq. Amma çalışacağıq ki, ilk «3-lük» üçün mübarizə aparaq. Hələ 4-cü yerdəyik. Komandanın idman formasını düzəltməyə çalışacağıq» - deyə Q.Qurbanov bu gün keçirilən mətbuat konfransında bildirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner