"Neftçi" "Simurq"la oyunun hazırlıqlarına başladı

"Neftçi" "Simurq"la oyunun hazırlıqlarına başladı
XƏBƏR 15 Fevral 2011 / 13:54 1862
-  A +

Premyer Liqanın lideri "Neftçi" klubu artıq "Simurq"la oyunun hazırlıqlarına başlayıb. Qol.Az-ın məlumatına görə, komanda üzvləri trenajor zalında müxtəlif hərəkətləri yerinə yetirdikdən sonra, bazanın yaşıl meydançasına üz tutublar.

Məşqdə "Neftçi"nin üzvləri, fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis Mehmet  Akın rəhbərliyi altında, 20 dəqiqə ərzində baryerləri dəf etməklə qaçışa başlayıblar. "Polar saat"dan istifadə edən futbolçular həmçinin qaçış zamanı topla rəftarlarını da nümayiş etdirməli olublar.

Qeyd edək ki, bu gün komandanın ikinci məşqi də baş tutacaq.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq