Raul Qonzales: "Yenidən İspaniyaya qayıtdığım üçün şadam"

Raul Qonzales: "Yenidən İspaniyaya qayıtdığım üçün şadam"
XƏBƏR 15 Fevral 2011 / 13:42 2802
-  A +

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, pley-off mərhələsinin ilk matçında Almaniyanın "Şalke 04" klubu  səfərdə "Valensiya"ilə qarşılaşacaq.

"Real" (Madrid) klubunun sabiq futbolçusu hazırda isə karyerasını "Şalke 04"-də davam etdirən Raul Qonzales oyunöncəsi maraqlı açıqlamaları ilə diqqət çəkib: "Bu matç mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Almaniyaya getdiyimdən bəri ilk dəfədir ki, İspaiyaya gəlirəm. Təbii ki, yenidən İspaniyaya qayıtdığım üçün çox şadam. "Valensiya" heç də zəif rəqib deyil. Onlar öz meydanlarında kifayət qədər yaxşı oyun nümayiş etdirirlər. Bütün oyunboyu yüksək tempdə oynayaraq rəqibini əks hücumda yaxalamağı bacarırlar. Ona görə də, bu qarşılaşma bizim çox çətin olacaq".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq