Kamaçonun əvəzinə Mendilibar

Kamaçonun əvəzinə Mendilibar
XƏBƏR 15 Fevral 2011 / 01:16 1675
-  A +

İspaniyanın "Osasuna" klubuna yeni baş məşqçi təyin olunub. Qol.Az-ın məlumatına görə, bu, Xose Luis Mendilibardır.

Mendilibar Pamplona komandası ilə 2012-ci ilədək müqavilə bağlayıb. Onun sonuncu iş yeri 2006 - 2010-cu illərdə çalışdığı "Valyadolid" olub.
Xatırladaq ki, "Osasuna" rəhbərliyi fevralın 14-də Xose Antonio Kamaçonu istefaya göndərib. Kamaçonun rəhbərliyi altında bu komanda son 11 matçda cəmi 1 heç-heçə əldə edib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner