"Real"ın sabiq məşqçisi İran millisində

"Real"ın sabiq məşqçisi İran millisində
XƏBƏR 14 Fevral 2011 / 18:53 2074
-  A +

Portuqaliya millisinin və "Real" (Madrid) klubunun sabiq baş məşqçisi Karlos Keyruş karyerasını İranda davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, İran - Rusiya yoldaşlıq matçını izləyənlər arasında olan Keyruşun artıq bu ölkənin Futbol Fedrasiyası ilə danışıqlar apardığı söylənilir.

Federasiyadan verilən açıqlamaya görə, hər ilinə 4,5 milyon avro alacaq Keyruşla 3 illik müqavilə imzalanacaq. Təcrübəli mütəxəsis də bir neçə gün öncə İran Futbol Federasiyası ilə danışıqlar apardığını təsdiqlənişdi.

Qeyd edək ki, artıq qonşu ölkənin Futbol Federasiyası Keyruşu rəsmi olaraq açıqlamağa hazırlaşır.

 

 

 

 

 

 


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq