"Barselona"nın ulduzu komandasında qalmaq istəyir

"Barselona"nın ulduzu komandasında qalmaq istəyir
XƏBƏR 14 Fevral 2011 / 18:04 2117
-  A +

"Barselona" klubunun braziliyalı müdafiəçisi Daniel Alveş komandada qalmaq istədiyini açıqlayıb. Qol.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu daha öncə Kataloniyada qalmaq istəmədiyini bildirsə də, hazırda "Barselona" ilə yeni müqavilə imzalamağı düşünür.

Futbolçunun özü isə bu haqda belə deyib: "Klub rəhbərliyi ilə 2 tərəfi də razı salacaq danışıqlar aparacam. İnanıram ki, tez bir zamanda razılığa gələcəyik və klubla yeni müqavilə imzalayacam. Burada futbol oynamaq çox gözəldir. Ona görə də, "Barselona"da qalmaq istəyirəm".

Qeyd edək ki, Alveşin "Barselona" klubu ilə 2012-ci ilin yayına qədər müqavilə var.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq