"Bakı"da zədə epidemiyası davam edir

"Bakı"da zədə epidemiyası davam edir
XƏBƏR 14 Fevral 2011 / 17:32 1942
-  A +

Paytaxtın "Bakı" klubunda zədə epidemiyası davam edir. Qol.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu Aleksandar Soliç “Muğan” oyunda aldığı zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu gün Mərkəzi Gömrük Qospitalında müayinə zamanı sağ dizinin iç yan bağında ikinci dərəcəli dartılma aşkarlanan Soliç martın ilk həftəsinədək oynaya bilməyəcəyi açıqlandı.

Bununla da, 28 yaşlı yarımmüdafiəçi daha əvvəl zədələnən və əməliyyat olunan Ernad Skuliç, müalicə alan Stefan Borbikoni və əzələsini dartan Rafael Əmirbəyovun sırasına qoşuldu.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq