İlham Əliyev: “Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görülməlidir”

İlham Əliyev: “Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görülməlidir”
XƏBƏR 14 Fevral 2011 / 16:51 1841
-  A +

“Azərbaycan futbol inkişaf edir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm qoyub, həm də klublarımız. Deyə bilərəm və siz də yaxşı bilirsiniz ki, klublarımız daha böyük qələbələr əldə edirlər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter” klubunun futbulçuları ilə görüşdə prüzident İlham Əliyev deyib.

”Azərbaycan çempionatı da maraqlı keçir və ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim komandalarımız daha böyük nailiyyətlərə çatacaqlar.
Azərbaycan azarkeşləri, əslində, idmançılarımızın qələbələrinə bir növ öyrəşiblər. Müxtəlif idman növlərində bizim böyük nəticələrimiz var. Olimpiya, dünya, Avropa çempionlarımız var. Əlbəttə ki, futbolda əldə edilmiş qələbə xüsusi məna daşıyır.
Mən bu böyük qələbə münasibətilə sizin hamınızı bir daha təbrik edirəm. Komandaya yeni uğurlar arzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərini sevindirəcəksiniz” – deyə o vurğulayıb.

Daha sonra Prezident İlham Əliyev Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün hələ çox işlər görməyin vacibliyini vurğulayıb, hazırda federasiyanın fəaliyyətinin gücləndiyini, klub və uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətin artırıldığını bildirib.

Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişaf etdirildiyini deyən Prezident İlham Əliyev futbolun ölkəmizdə həmişə sevildiyini vurğulayıb. Azərbaycan komandasının hələ SSRİ dövründə ölkə çempionatında bürünc medal qazandığını xatırladan dövlətimizin başçısı müstəqillik illərində respublikamızın futbol klublarının bir çox yarışlarda iştirak etdiyini, qazanılan hər bir qələbənin hamımızı sevindirdiyini bildirib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü işi Azərbaycanda futbolun inkişafını daha da sürətləndirəcək. Hazırda bir çox mütəxəssislərin Azərbaycan çempionatının səviyyəsinin yüksəldiyini vurğuladığını deyən Prezident İlham Əliyev komandalarımızın beynəlmiləl tərkibinin inkişafa xidmət etdiyini söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycanda bütün xalqların nümayəndələri həmişə dostluq şəraitində yaşamış və ölkəmizin inkişafına çalışıblar.

“İnter” komandasının böyük gələcəyinin olduğunu deyən Prezident İlham Əliyev bir daha bildirib ki, Azərbaycan dövləti gələcəkdə də futbolun inkişafına böyük diqqət yetirəcək.

Dövlət başçısı bu sahədə infrastrukturun inkişafı, stadionların tikintisi ilə bağlı böyük planların olduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun inşasına başlanılacağını xatırladıb.
 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq