“İmarət” fan-klubu “Qarabağ” komandasının ev oyunlarını Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirməsi istəyi ilə bağlı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə və Unibank Premyer Liqasında yarışam klublara müraciət ünvanlayıb.
Fan-klubdan Qol.Az saytına daxil olmuş müraciətdə deyilir ki, mənfur düşmənlərimiz tərəfindən əsas hissəsi işğal olunmuş Ağdam rayonunun sakinlərinə bir ümid, təsəlli olan “Qarabağ” futbol klubunun artıq bir ildir ev oyunlarını doğma rayonda keçirməməsi məyusluqla qarşılanıb.
“Azərbaycan Respublikası prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nda regionlarda futbolun inkişafı nəzərdə tutulub və bu sahədə görüləcək işlər müəyyənləşdirilib. Buna uyğun olaraq 2008-ci il yanvar ayının 17-də prezident İlham Əliyev şəxsən özü Ağdam İdman Olimpiya kompleksinin açılışını edib. Dövlət başçısı bu addımı ilə cəbhə bölgəsində idmanın, eləcə də futbolun inikişafına, burda yaşayan yeniyetmə və gənclərin də idmanla məşğul olmalarına diqqət ayırdığını göstərib.
Bu günlərdə “Qarabağ” futbol klubu rəhbərliyi də ev oyunlarını Ağdamda oynamaq istəyini dilə gətirdi. Klubun vitse prezidenti Tahir Gözəl Quzanlıdakı azarkeşlərə sürpriz hazırladıqlarını, əgər AFFA və Peşəkar Futbol Liqası razılıq verərsə, komandanın oyunlarını orada keçirmək fikirlərinin olduğunu söylədi.
Xatırladığınız kimi, iki il öncə “Qarabağ”ın ev oyunlarını Quzanlıda keçirməsi qərarı bütün azarkeşlər arasında sevinclə, həyəcanla qarşılanmışdı. Bu zaman “Qarabağ” rəhbərliyi ilə yanaşı Peşəkar Futbol Liqası rəhbərliyinin də böyük səyləri və digər klublarımızın razılıqları olmuşdu.
Bütün bunlara baxmayaraq, indi Peşəkar Futbol Liqasının “Qarabağ”ın ev oyunlarını Ağdamda keçirməsinə razılıq verməməsi həm regionda futbolun inkişafına, həm də azarkeşlərin komandalarını doğma meydanda izləmək istəyinə mane olur.
Qarabağ probleminin bu gün nə qədər aktiv olması və dövlətimizin bu sahədə yeritdiyi siyasət göz önündədir. İnsanları Qarabağ torpağına bağlamaq, bu tarixi torpaqların Azərbaycana məxsus olduğunu nümayiş etdirmək, eyni zamanda hər kəsi “qayıdış” ruhunda tərbiyələndirmək üçün “Qarabağ”ın ev oyunları Ağdamda keçirməsi vacib bir məsələdir.
“İmarət” fan klubu olaraq Peşəkar Futbol Liqası və klublarımızın rəhbərliyindən xahiş edirik ki, Azərbaycanın ən yaralı yerinin adını daşıyan “Qarabağ” futbol klubunun doğma meydanda oynamasına razılıq versinlər” – deyə müraciətdə bildirilir.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi