"Bakı" klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalı veteran
futbolçularımızla ənənəvi müsahibələri davam etdirir. Qol.Az-ın məlumatına görə, bu dəfə klub dərgisinin hədəfinə Kazbek Tuayev düşüb.
"Mən köklü bakılıyam"
Bakının altmış kilometrliyində yerləşən Ələt qəsəbəsində doğulmuşam. Elə orada da futbol oynamağa başlamışam. Ilk müəllimim Eduard Markarovun atası Artyom Markarov olub. Biz Eduardla uşaqlıq dostu olmuşuq, bir yerdə böyümüşük.
Futbolçu kayerama Bakı şəhər birinciliyində“Lokomotiv” komandasında başladım. Yeniyetmələrdə daha sonra gənclər və əsas heyətdə oynadım.
1956-cı ildə məni “Neftçi”yə götürdülər. Mənim “Neftçi”yə keçidimdə əsas rolu məşqçi Oleq Timakov oynadı. 17 yaşımda əsgərliklə əlaqədar olaraq məni “Neftçi”dən azad etdilər.
Nalçikə getməli oldum. Bir il “Sparkat”da oynadım. Bundan sonra mənə Moskva klublarından təkliflər gəldi. Moskva “Spartak”ına keçmək üçün ərizə yazmışdım. Bu vaxt, Vətəndən - “Neftçi”dən də təklif gələndə Bakıya gayıtmağı üstün tutdum.
İki kluba ərizə yazdığım üçün “Spartak” məni cəzalandırdı. Bir illik diskvilifikasiya olundum. 6 ay oynamadım. Bundan sonra Nalçik “Spartak”ının rəhbərliyi mənim cəzamı ləğv etdirdi. Yarım il də orada oynadım. 1961-ci ildə yenidən “Neftçi”yə qayıtdım. 1972-ci il daxil olmaqla 11 il bu komandada oynadım.
“Neftçi” mənim hər şeyimdir"
Orada oynadığım illər həyatımın ən gözəl anlarıdır. Mən bu klubu müqəddəs sayıram. Əldə etdiyim hər şey bu klubla bağlıdır. Çünki o zamanlar “Neftçi”də səviyyəli tərbiyəçi-məşqçilər var idi. Ələkbər Məmmədov, Boris Arkadev, Yuri Konstantinoviç Kuznetsov, Adamas Salamonoviç Qalodets kimi dahilər mənim yetişməyimdə müstəsna rol oynadılər. Bu insanlar Azərbaycan futbolunun baniləri, əsasını qoyanlardır.
"Ötən əsrin 60-70-ci illəri futbolumuzun qızıl dövrüdür"
Ötən əsrin 60-cı illəri Azərbaycanda futbol sahəsində elə bir qalxınma vardı ki, onu təkrarlamaq üçün bizə uzun illər lazımdır. “Neftçi”də ən yaxşılar cəmlənmişdi. Müdafiəmiz çox güclü idi: hər iki cinahda Babayevlər oynayırdı – Adil və Yaşar. İki əla mərkəz müdafiəçimiz vardı: Bruxti və Semiqlazov. Onları təkcə Azərbaycanda yox, bütün ölkədə tanınırdılar. Bir sözlə, o vaxtkı kolletivimiz milliyətindən asılı olmayaraq bir yumruq kimi idi.
"Medalımı nəvəm Ruslana verəcəyəm"
1966-cı ildə qazandığım bürünc medalı nəvəm, futbolçu Ruslana verəcəyəm. Medal hal-hazırda mənim evimdədir. Ondan yaxşı mərkəz hücumçusu çıxacaq. Azərbaycan vətəndaşı olsa da, Kanadada yaşayır. Hər yay Bakıya gəlib bizim məktəbdə məşqlərini davam etdirir. Mən imkan verməyəcəm ki, nəvəm başqa ölkənin milli komandasında oynasın. O ancaq Azərbaycan millisində oynayacaq. Başqa cür ola da bilməz.
“Bakı”ya onun prezidentinə görə azarkeşlik edirəm"
“Bakı” gənc klubdur. Son zamanlar Azərbaycanda futbolun inkişafı naminə böyük işlər görən səxavətli insanlardan biri “Bakı”nın prezidenti Hafiz Məmmədovdur. Bu insan milli futbolumuz üçün əvəzolunmaz işlər görür. Yeni futbolçu nəsli yetişdirməklə məşğuldur. Gələcək nəsillərin də istifadə edəcəyi böyük bir idman kompleksi inşa etdirir. Belə adamların qədrini bilmək, onları qorumaq lazımdır. Mən “Bakı”ya onun prezidentinə görə azarkeşlik edirəm.
"Futbol çətin peşədir"
Uşaqlara yeganə tövsiyəm odur ki, yorulmadan çalışsınlar. Fikirlərində yalnız futbol olsun. Əmək mütləq bəhrəsini verir. Əziyyət çəkmək lazımdır. Futbol çətin peşədir. Bu yolu seçənlər, gərək, bütün həyatlarını futbola bağlasınlar.
"Yerli məşqçilərini işi məni qane edir"
Asif Əliyevdən başlayaraq bütün yerli məşqçilərin “Bakı”dakı fəaliyyətini alqışlayıram. Futbolu onun içindən çıxmış adamlara etibar etmək lazımdır. Veteranların, keçmiş futbolçuların təcrübəsindən mütləq yararlanmalıyıq.
Açığı, mən “Bakı”da əcnəbi məşqçilərin işləməsini alqışlamıram. Bizdə futbolçu yetişdirən yetərincə uşaq məşqçiləri var. Bu şəraiti onlara yaratmaq lazımdır. Yerli məşqçilərin işi məni qane edir. Onlara uğurlar arzu edirəm.
“Neftçi”nin müxtəlif yaş komandaları uşaq, yeniyetmə və gənc futbolçular arasında keçirilən birinciliklərdə ən yüksək yerləri qazanırdılar. Futbolçularımız bütün Sovetlər Birliyinə yayılmışdılar. Moskvada, Leninqrad, Krasnodarda həmyerlilərimiz oynayırdılar.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi