"Lill"dən növbəti qələbə

"Lill"dən növbəti qələbə
XƏBƏR 14 Fevral 2011 / 02:12 1701
-  A +

Fransa çempionatının 23-cü turunda lider "Lill" növbəti qələbəsini qazanıb. Qol.Az-ın məlumatına görə, "Lill" "Tuluza"nı yenib - 2:0. 

Lakin "Renn" də "Nitsa"nı eyni hesabla məğlub edərək, liderlə xal fərqinin böyüməsinə imkan verməyib.

Hazırda "Lill" 45 xalla liderdir. "Renn" 40 xalla 2-ci yeri tutur. "Marsel" "Soşo" üzərində səfər qələbəsi sayəsində 39 xalla 3-cü pilləyə qalxıb. PSJ və "Lion" isə hərəyə 38 xalla 4-5-ci yerləri bölüşdürür. Bombardirlər siyahısına da 16 qolla "Lill"in futbolçusu Mussa Sou başçılıq edir.   

Fransa çempionatı, 23-cü tur

12 fevral

"Soşo" - "Marsel" - 1:2 

PSJ - "Lans" - 0:0

"Nansi" - "Oser" - 3:1

"Monako" - "Loryan" - 3:1

"Bordo" - "Kan" - 1:2

"Arl-Avinyon" - "Monpelye" - 0:0

"Sent-Etyen" - "Lion" - 1:4

13 fevral

"Renn" - "Nitsa" - 2:0

"Valansyen" - "Brest" - 3:0

"Lill" - "Tuluza" - 2:0


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq