"Borussiya"lardan biri xal, digəri baş məşqçisini itirdi

"Borussiya"lardan biri xal, digəri baş məşqçisini itirdi
XƏBƏR 14 Fevral 2011 / 00:27 1886
-  A +

Almaniya Bundesliqasının lideri "Borussiya" (Dortmund) yenə xal itirib. Qol.Az-ın məlumatına görə, Dortmund komandası bu dəfə səfərdə "Kayzerslautern"lə heç-heçə edib.

Bundan yararlanan "Bayer" və "Bavariya" böyük hesablı qələbələr sayəsində liderlə xal fərqini azaltmağa başlayıblar. Mönhenqladbax "Borussiya"sı isə sonuncu pillədən qurtula bilmir. Bu dəfə "Sankt-Pauli"yə məğlubiyyət Mönhenqladbax komandasının baş məşqçisi Mixael Frontsekin istefaya göndərilməsinə səbəb olub. 

Tuncay Şanlının 90 dəqiqə çıxış etdiyi qarşılaşmada "Volfsburq" öz meydançasında "Hamburq"a uduzub. "Nürnberq"in səfərdə "Ştutqart"ı böyük hesabla yendiyi görüşdə isə digər türkiyəli legioner Mehmet Ekici də qol vurub.  

Almaniya çempionatı, 22-ci tur

12 fevral

"Sankt-Pauli" - "Borussiya" M - 3:1
Qollar:
Maks Kruze, 37. Cerald Asamoa, 53. Matias Lemann, 58 - İqor De Kamarqo, 9
Qırmızı vərəqə: İqor De Kamarqo, 21 ("Borussiya M")

"Ayntraxt" - "Bayer" - 0:3
Qollar:
Simon Rolfes, 9. Renato Auqusto, 32. Hanno Baliç, 84

"Volfsburq" - "Hamburq - 0:1
Qol:
Mladen Petriç, 33-pen.

"Ştutqart" - "Nürnberq" - 1:4
Qollar: Patrik Funk, 45 - Timmi Simons, 11. Yulian Şiber, 28. Timoti Şandler, 51. Mehmet Ekici, 63

"Şalke 04" - "Frayburq" - 1:0
Qol:
Cefferson Farfan, 49

"Bavariya" - "Hoffenhaym" - 4:0
Qollar:
Mario Qomes, 2. Tomas Müller, 15. Aryen Robben, 63; 81

"Kayzerslautern" - "Borussiya" D - 1:1
Qollar:
Yan Moravek, 90 - Sven Bender, 82
Qırmızı vərəqə: Neven Subotiç, 85 ("Borussiya" D)  

13 fevral


"Köln" - "Maynts" - 4:2
Qollar:
Lukas Podolski, 3; 55. Milivoe Novakoviç, 43; 60 - Sami Allaqi, 31   

"Verder" - "Hannover" - 1:1
Qollar:
Per Mertezaker, 50 - Didye Konan, 26 

Komandalar O Q H M T X
1. Borussiya D 22 16 4 2 47-13 52
2. Bayer 22 12 6 4 44-30 42
3. Bavariya 22 11 6 5 46-26 39
4. Hannover 22 12 2 8 30-31 38
5. Maynts 22 12 1 9 34-26 37
6. Frayburq 22 10 4 8 29-29 34
7. Hamburq 21 10 3 8 30-30 33
8. Hoffenhaym 22 8 8 6 39-32 32
9. Nürnberq 22 9 5 8 30-31 32
10. Şalke 04 22 8 5 9 27-26 29
11. Ayntraxt 22 8 3 11 24-29 27
12. Sankt-Pauli 21 7 4 10 26-35 25
13. Köln 22 7 4 11 29-41 25
14. Verder 22 6 6 10 28-44 24
15. Volfsburq  22 5 8 9 26-31 23
16. Kayzerslautern 22 6 5 11 32-38 23
17. Ştutqart 22 5 4 13 38-43 19
18. Borussiya M 22 4 4 14 32-56 16

Bombardir: Mario Qomes ("Bavariya") - 17 qol.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq