Mirça Rednik: "Komandamız potensialının 60%-ni göstərə bildi"

Mirça Rednik: "Komandamız potensialının 60%-ni göstərə bildi"
XƏBƏR 13 Fevral 2011 / 20:55 2240
-  A +

"Bu gün çempionatın ən güclü iki komandası qarşılaşdı. Gərgin və maraqlı oyunun şahidi olduq. Hər iki hissədə fərqli oyun izlədik". Qol.Az-ın məlumatına görə, bunu "Neftçi" ilə oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, komandasında yeni futbolçular olduğundan, uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyacları var: "Bu gün komandamız potensialının yalnız 60%-ni göstərə bildi. Qələbə qazana bilməsək də, bərabərlik də yaxşı nəticədir. Bizi bu soyuq havada dəstəkləyən azarkeşlərimizə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" matçında hesab açılmayıb - 0:0.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq