"Neftçi" "Xəzər Lənkəran"a qalib gəldi

"Neftçi" "Xəzər Lənkəran"a qalib gəldi
XƏBƏR 13 Fevral 2011 / 20:35 2752
-  A +

Əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatında XX tura bu gün "Neftçi" - "Xəzər Lənkəran" matçı ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, "Şəfa" stadionunun 4-cü meydançasında oynanılmış qarşılaşmada flaqman qalib gəlib - 2:0.

Hər iki qolu 23-cü və 60-cı dəqiqələrdə İlham Allahverdiyev vurub. Bu görüşdən sonra "Neftçi" 28 xalla 7-ci pilləyə yüksəlib. "Xəzər Lənkəran" isə 14 xalla 11-ci pillədə qalıb. Turnir cədvəlinə isə 45 xalla "Turan" başçılıq edir.

11 fevral

AZAL - “Gəncə” - 2:3
“Bakı” - “Muğan” - 3:0
MOİK - “Turan” - 2:3

12 fevral (şənbə)

“İnter” - “Simurq” - 6:2
“Qarabağ” - “Qəbələ” - 2:3

13 fevral (bazar)

“Neftçi” - “Xəzər Lənkəran” - 2:0.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq