Kaxaber Sxadadze: "Baxımlı oyun olmadı"

Kaxaber Sxadadze: "Baxımlı oyun olmadı"
XƏBƏR 13 Fevral 2011 / 18:54 1598
-  A +

Azərbaycan Premyer Liqasının XX turunda "Simurq"u 2:0 hesabı ilə məğlub edən "İnter"in baş məşqçisi Kaxaber Sxadadze oyunu dəyərləndirib. Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis matçın baxımlı alınmadığını bildirib.
 
Onun fikrincə, böyük fasilədən sonra ilk oyunlar həmişə çətin olur: "Bir sıra futbolçularımız milli komandalardan yeni döndüyü üçün iki gün öncə tam heyətlə toplaşa bilmişik. Azarkeşlərimizin bizdən istədiyi oyunu göstərmək üçün vaxt lazımdı. Hər halda qalib gələrək, turnir cədvəlində üçüncü pilləyə yüksəldik".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq