Qurban Qurbanov: «Qəbələ» ilk «altılıq»da oynamağa layiq komandadır»

Qurban Qurbanov: «Qəbələ» ilk «altılıq»da oynamağa layiq komandadır»
XƏBƏR 13 Fevral 2011 / 16:46 2054
-  A +

«Çox şadam ki, bugünkü qələbədən sonra ilk «altılıq»da yerimizi təmin etdik». Qol.Az-ın məlumatına görə, bu sözləri «Qəbələ» ilə oyundan sonra «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov deyib.

Unibank Premyer Liqasının 20-ci turunda bu gün «Qarabağ» öz meydanında «Qəbələ»yə 3:0 hesabı ilə qalib gəlib.

Qurban Qurbanov artıq bundan sonra qarşıdakı oyunları düşənəcəklərini söyləyib.

«Qəbələ» haqda danışan gənc mütüxəssis bu komandanın ilk «altılıq»da oynamağa layiq olduğunu bildirib.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner