"Çelsi"dən növbəti xal itkisi (YENİLƏNİB)

"Çelsi"dən növbəti xal itkisi (YENİLƏNİB)
XƏBƏR 15 Fevral 2011 / 01:59 2811
-  A +

Fevralın 14-də keçirilmiş "Fulhem" - "Çelsi" matçı ilə İngiltərə Premyer Liqasında 27-tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, ötən tur "Liverpul"a uduzan "zadəganlar" növbəti xal itkisi ilə üzləşiblər.

Görüş 0:0 hesablı heç-heçə ilə nəticələnib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə "Çelsi"nin qapısına penaltini "Fulhem"li Klint Dempsi yerinə yetirə bilməyib. "Çelsi"nin supertransferi Fernando Torres start heyətində meydançaya çıxsa da, oyunda olduğu 71 dəqiqə ərzində fərqlənə bilməyib.  

Fevralın 13-də "Everton"u qəbul edən "Bolton" 2:0 hesablı qələbə qazanıb.

İlk oyun günündə isə "Mançester Yunayted" "Mançester Siti"ni məğlub edərək, liderliyini möhkəmlədib. Qələbə topuna isə möhtəşəm vuruşla Ueyn Runi imza atıb. Hesab 1:1 olduğu vaxt Runi başı üzərindən zərbə ilə topu "9-luğ"a göndərib. Bu məğlubiyyət "Mançester Siti"nin çempionluq şanslarını da xeyli azaldıb. "Qırmızı şeytanlar" isə ən yaxın izləyicisi "Arsenal"la 4 xal fərqini saxlayıblar. "Topçular" bu dəfə "Vulverhempton"dan üstün olub. Lakin ötən tur "Çelsi"ni yenmiş "Liverpul" indi öz meydançasında "Uiqan"la bacarmayıb. "Vest Bromviç" "Vest Hem"lə qarşılaşmanın ilk yarısında 3:0 hesabı ilə irəlidə olsa da, fasilədən sonra qapısından 3 top buraxıb və oyun heç-heçə nəticələnib. Ümumiyyətlə, günün 8 qarşılaşmasından 4-də qalib müəyyənləşməyib.   

İngiltərə çempionatı, 27-ci tur

12 fevral

"Mançester Yunayted" - "Mançester Siti" - 2:1
Qollar:
Luiş Nani, 41. Ueyn Runi, 78 - David Silva, 65

"Liverpul" - "Uiqan" - 1:1
Qol:
Raul Meyreleş, 24 - Stiv Qoxuri, 65 

"Vest Bromviç" - "Vest Hem" - 3:3
Qollar:
Qrem Dorrans, 3. Cerom Tomas, 8. Uinston Rid, 32-avt. - Demba Ba, 50; 83. Karlton Koul, 58.

"Blekpul" - "Aston Villa" - 1:1
Qollar:
Eliot Qranden, 14 - Qabriel Aqbonlahor, 10
Qırmızı vərəqə: Jan Makun, 70 ("Aston Villa")

"Blekbern" - "Nyukasl" - 0:0

"Birmingem" - "Stok Siti" - 1:0
Qol:
Nikola Jigiç, 90

"Arsenal" - "Vulverhempton" - 2:0
Qollar:
Robin van Persi, 16; 56  

"Sanderlend" - "Tottenhem" - 1:2
Qollar:
Asamoa Qyan, 11 - Maykl Douson, 44. Niko Krançar, 57

13 fevral

"Bolton" - "Everton" - 2:0
Qollar: Qari Kehill, 10. Daniel Starric, 67

14 fevral

"Fulhem" - "Çelsi" - 0:0
Penaltini yerinə yetirə bilməyib: Klint Dempsi, 90+3 ("Fulhem")

Komandalar O Q H M T X
1. Mançester Yunayted 26 16 9 1 57-25 57
2. Arsenal 26 16 5 5 56-27 53
3. Mançester Siti 27 14 7 6 43-24 49
4. Tottenhem 26 13 8 5 37-28 47
5. Çelsi 26 13 6 7 46-22 45
6. Liverpul 27 11 6 10 35-32 39
7. Sanderlend 27 9 10 8 33-33 37
8. Bolton 27 9 9 9 38-37 36
9. Stok Siti 26 10 3 13 31-33 33
10. Nyukasl 26 8 8 10 40-38 32
11. Blekbern 27 9 5 13 34-42 32
12. Fulhem 27 6 13 8 28-28 31
13. Everton 26 6 12 8 33-36 30
14. Birmingem 25 6 12 7 25-33 30
15. Aston Villa 27 7 9 11 31-46 30
16. Blekpul 26 8 5 13 39-50 29
17. Vest Bromviç 26 7 6 13 34-51 27
18. Uiqan 27 5 12 10 27-45 27
19. Vest Hem 27 5 10 12 30-48 25
20. Vulverhempton 26 7 3 16 26-45 24

Bombardir: Dimitar Berbatov ("Mançester Yunayted") - 19 top.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq