"Malyorka"dan tək qol (YENİLƏNİB)

"Malyorka"dan tək qol (YENİLƏNİB)
XƏBƏR 15 Fevral 2011 / 01:51 3774
-  A +

İspaniya La Liqasında 23-cü tura fevralın 14-də "Malyorka" və "Atletik" arasında keçirilmiş qarşılaşma ilə yekun vurulub. Qol.Az-ın məlumatına görə, 11-ci dəqiqədə Pyer Vebonun vurduğu qol sayəsində "Malyorka" qələbə qazanıb.

"Barselona" klubunun İspaniya çempionatında 16 oyunluq qələbə seriyasına son qoyulub. kataloniya klubu Xixon şəhərində "Sportinq"ə məğlubiyyətdən sona 10 dəqiqə qalmış qurtulub. "Barselona"nın ötən tur darmadağın etdiyi "Atletiko" bu dəfə öz meydançasında "Valensiya"ya uduzub. "Rasinq" isə "Sevilya"nı məğlub edib. Hər iki oyunda komandalardan biri azlıqda qalıb, eyni zamanda bir penalti dəqiq yerinə yetirilməyib.

İkinci oyun günündə isə "Real Madrid" Kataloniyada "Espanyol"a 10 futbolçu ilə qalib gəlməyi bacarıb. 2-ci dəqiqədə İker Kasilyas sonuncu ümid foluna görə meydançadan qovulub. Azlıqda qalan "kral klubu" 24-cü dəqiqədə Marselonun qolu ilə qələbəni təmin edib - 1:0.Bununla da "Real Madrid" lider "Barselona" ilə xal fərqini 5-ə endirib. "Vilyarreal" isə 3-cü pillədəki mövqeyini əldən verib. Bu komanda səfərdə "Deportivo"ya uduzub. Ümumiyyətlə, günün 6 oyunundan 4-ü minimal hesabla yekunlaşıb.  

İspaniya çempionatı, 23-cü tur

12 fevral

"Atletiko" - "Valensiya" - 1:2
Qollar:
Xose Antonio Reyes, 3 - Xoakin, 41; 86
Penaltini vura bilməyib: Dieqo Forlan, 57 ("Atletiko")
Qırmızı vərəqə: Dieqo Qodin, 90 ("Atletiko")

"Sportinq" - "Barselona" - 1:1
Qollar: David Barral, 16 - David Vilya, 80

"Rasinq" - "Sevilya" - 3:2
Qollar:
Kristian Fernandes, 12. İvan Rakitiç, 19-avt. Manuel Arana, 90 - Federiko Fasio, 40. Luis Fabiano, 83-pen.
Penaltini vura bilməyib: Alvaro Neqredo, 17 ("Sevilya") 
Qırmızı vərəqə: Kristian Fernandes, 39 ("Rasinq")

13 fevral

"Malaqa" - "Xetafe" - 2:2
Qollar:
Julio Baptista, 80-pen. Salomon Rondon, 90 - Nikolas Miku, 8. Adrian Kolunqa, 24
 
"Levante" - "Almeriya" - 1:0
Qol:
 Felipe Kaysedo, 53
 
"Erkules" - "Saraqosa" - 2:1
Qollar:
 Frantsisko Farinos, 80. David Trezege, 89 - Braulio, 4

"Real Sosyedad" - "Osasuna" - 1:0
Qol:
Raul Tamudo, 73
Qırmızı vərəqə: Damya, 90 ("Osasuna")

"Deportivo" - "Vilyarreal" - 1:0
Qol:
Alberto Lopo, 60

"Espanyol" - "Real Madrid" - 0:1
Qol:
Marselo, 24
Qırmızı vərəqə: İker Kasilyas, 2 ("Real Madrid")

14 fevral

"Malyorka" - "Atletik" - 1:0
Qol:
Pyer Vebo, 11

Komandalar O Q H M T X
1. Barselona 23 20 2 1 71-12 62
2. Real Madrid 23 18 3 2 53-19 57
3. Valensiya 23 14 5 4 38-25 47
4. Vilyarreal 23 14 3 6 41-23 45
5. Atletik 23 12 2 9 37-32 38
6. Espanyol 23 12 1 10 30-31 37
7. Real Sosyedad 23 10 1 12 34-37 31
8. Sevilya 23 9 4 10 35-38 31
9. Xetafe 23 9 4 10 35-37 31
10. Malyorka 23 9 4 10 25-30 31
11. Atletiko 23 9 3 11 32-31 30
12. Rasinq 23 6 7 10 20-33 25
13. Deportivo 23 6 7 10 20-34 25
14. Erkules 23 7 4 12 24-37 25
15. Levante 23 7 3 13 24-34 24
16. Sportinq 23 5 8 10 23-31 23
17. Saraqosa 23 5 8 10 22-36 23
18. Osasuna 23 5 7 11 21-30 22
19. Almeriya 23 4 8 11 23-39 20
20. Malaqa 23 5 4 14 30-49 19

Bombardirlər: Kriştianu Ronaldu ("Real"), Lionel Messi ("Barselona") - 24 top.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq