Türkiyə Superliqasında 21-ci tura yekun vurulub. Qol.Az-ın məlumatına görə, "Fənərbaxça" klubu fevralın 14-də "Şükrü Saracoğlu" stadionunda qəbul etdiyi "Kayserispor"u 2:0 hesabı ilə məğlub edib.
Bununla da İstanbul komandası "Bursaspor"la xallarını bərabərlədirib və şəxsi göstəricilərdəki üstünlüyü sayəsində ikinci pilləyə yüksəlib. "Sarı-lacivərdlilər" həm də 14 fevral Sevgililər günündə azarkeşlərinə qələbə hədiyyəsi bəxş edib.
Bir gün öncə keçirilmiş qarşılaşmada isə "Bursaspor" Rəşad Sadıqovun sabiq klubu "Eskişehirspor"la səfər matçında heç-heçə edib. Nəticədə "Trabzonspor" turu vahid lider qismində başa vurub. "Beşiktaş" "Ankaragücü" ilə səfər matçında uduzub. Yeganə topu sabiq "Beşiktaş"lı Sərdar Özkan vurub. "Kasımpaşa" ötən tur "qartallar"la heç-heçə etməyi bacaran "Karabükspor"u səfərdə məğlub edib. Bununla da autsayder 9 turdan sonra qələbə qazanıb. Nəhayət, "Antalyaspor" öz meydançasında "Manisaspor"a böyük hesabla uduzub.
İlk oyun günündə "Qalatasaray" klubu Türkiyə Superliqasında növbəti məğlubiyyətlə üzləşib. "Sarı-qırmızılar" bu dəfə səfərdə "Qaziantepspor"a minimal hesabla uduzub. "Cim-Bom" ölkə çempionatında keçirdiyi 21 oyunda 10-cu dəfə uduzub. Bununla da "Qalatasaray" Superliqa tarixində antirekorda imza atıb. "Trabzonspor" isə səfərdə "Sivasspor"u 3:2 hesabı yenərək, liderliyini davam etdirib. "Bursaspor" fevralın 13-də səfərdə Rəşad Sadıqovun sabiq klubu "Eskişehirspor"u məğlub edə bilməsə, Trabzon komandası turu vahid lider kimi başa vuracaq. İki autsayder - "Bucaspor"la "Konyaspor" arasındakı qarşılaşmada da eyni hesab qeydə alınıb. Lakin bu matçda "Bucaspor" qalib gəlib. "İstanbul BB" isə öz meydançasında "Gənclərbirliyi"nə son dəqiqə qolu ilə uduzub.
Türkiyə çempionatı, 21-ci tur
12 fevral
"Bucaspor" - "Konyaspor" - 3:2
Qollar: Musa Aydın, 8. Yerko Leko, 62-pen.; 77 - Martsin Robak, 65; 70
Qırmızı vərəqələr: Koray Çölgeçen, 22 - Erdinç Yavuz, 61. Ertuğrul Arslan, 87
"Sivasspor" - "Trabzonspor" - 2:3
Qollar: Kamil Qrosiçki, 63. Yannik Kamanan, 84 - Jaja Koelyo, 2. Burak Yılmaz, 71; 85
"İstanbul BB" - "Gənclərbirliyi" - 0:1
Qol: Mustafa Pektemek, 89
Qırmızı vərəqə: Mahmut Tekdemir, 34 ("İstanbul BB")
"Qaziantepspor" - "Qalatasaray" - 1:0
Qol: İsmael Sosa, 5
13 fevral
"Karabükspor" - "Kasımpaşa" - 1:3
Qollar: Bülent Kocabey, 28 - Gökhan Güleç, 36. Halil Çolak, 42. Hüseyin Kala, 90
"Eskişehirspor" - "Bursaspor" - 1:1
Qollar: Sezer Öztürk, 76 - İvan Ergiç, 22
Qırmızı vərəqələr: Batuhan Karadeniz, 68 - Ozan İpek, 79
"Antalyaspor" - "Manisaspor" - 1:4
Qollar: Ali Zituni, 4 - Hüseyin Tok, 7. İsaak Promise, 31. Yoşua Simpson, 37. Cimmi Dikson, 65
"Ankaragücü" - "Beşiktaş" - 1:0
Qol: Sərdar Özkan, 1
14 fevral
"Fənərbaxça" - "Kayserispor" - 2:0
Qollar: Mamadu Nyanq, 3. Dieqo Luqano, 60
|
Komandalar |
O |
Q |
H |
M |
T |
X |
| 1. |
Trabzonspor |
21 |
14 |
5 |
2 |
44-15 |
47 |
| 2. |
Fənərbaxça |
21 |
14 |
3 |
4 |
48-22 |
45 |
| 3. |
Bursaspor |
21 |
13 |
6 |
2 |
37-14 |
45 |
| 4. |
Kayserispor |
21 |
11 |
6 |
4 |
27-17 |
39 |
| 5. |
Qaziantepspor |
21 |
9 |
7 |
5 |
20-16 |
34 |
| 6. |
Beşiktaş |
21 |
9 |
5 |
7 |
32-23 |
32 |
| 7. |
Manisaspor |
21 |
10 |
1 |
10 |
34-32 |
31 |
| 8. |
İstanbul BB |
21 |
9 |
2 |
10 |
27-24 |
29 |
| 9. |
Eskişehirspor |
21 |
7 |
8 |
6 |
22-22 |
29 |
| 10. |
Qalatasaray |
21 |
9 |
2 |
10 |
24-26 |
29 |
| 11. |
Karabükspor |
21 |
7 |
5 |
9 |
32-35 |
26 |
| 12. |
Ankaragücü |
21 |
6 |
7 |
8 |
28-35 |
25 |
| 13. |
Antalyaspor |
21 |
6 |
7 |
8 |
21-28 |
25 |
| 14. |
Gənclərbirliyi |
21 |
6 |
6 |
9 |
19-30 |
24 |
| 15. |
Bucaspor |
21 |
4 |
6 |
11 |
17-31 |
18 |
| 16. |
Sivasspor |
21 |
3 |
7 |
11 |
21-39 |
16 |
| 17. |
Konyaspor |
21 |
3 |
6 |
12 |
19-33 |
15 |
| 18. |
Kasımpaşa |
21 |
2 |
5 |
14 |
18-48 |
11 |
Bombardir: Emmanuel Emenike ("Karabükspor"), Aleks de Souza ("Fənərbaxça") - 13 qol.