Roberto Karlos Mahir Şükürova komanda yoldaşı oldu

Roberto Karlos Mahir Şükürova komanda yoldaşı oldu
XƏBƏR 13 Fevral 2011 / 00:40 3057
-  A +

Məşhur braziliyalı futbolçu Roberto Karlos "Korintians"la müqaviləni pozaraq, Rusiyanın "Anji" klubuna transfer olub. Qol.Az-ın "Korintians"ın rəsmi saytına istinadən yaydığı xəbərə görə, 37 yaşlı müdafiəçi "Anji" ilə 2 illik müqavilə bağlayıb. 

Bu anlaşma qarşılığında "sambaçı" ildə 6,65 milyon avro qazanacaq. O, "Korintians"ı tərk etməsinə Braziliya çempionluğunun əldən verilməsindən sonra özü və ailəsinin ölümlə hədələnməsini göstərib. 

Roberto Karlos karyerası ərzində Braziliyanın "Unian San-Juan", "Palmeyras", İtaliyanın "İnter", İspaniyanın "Real Madrid" və Türkiyənin "Fənərbaxça" komandalarında da çıxış edib. O, ikiqar Braziliya çempionu və Amerika Kubokunun sahibi, 3 qat Çempionlar Liqasının qalibi, 4 qat İspaniya çempionudur. Karlos UEFA versiyası üzrə iki dəfə Avropanın ən yaxşı müdafiəçisi də sayılıb. 

Qeyd edək ki, "Anji"də azərbaycanlı futbolçu Mahir Şükürov və böyük məşqçi qismində yığmamızın sabiq çalışdırıcısı Vaqif Sadıqov da yer alıb.   
 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq