Aleksandr Starkov: "Təəssüf ki, alınmadı"

Aleksandr Starkov: "Təəssüf ki, alınmadı"
XƏBƏR 12 Fevral 2011 / 23:55 1836
-  A +

"İlk hissədə yaxşı oynadıq, ikinci qolu da vura bilərdik". Qol.Az-ın məlumatına görə, bunu "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "Muğan"la 1:1 hesabı ilə yekunlaşan oyundan sonra deyib.

Latviyalı mütəxəssis bildirib ki, ikinci hissənin əvvəlində buraxdıqları qol "Bakı"nın oyununa təsir edib: "Lakin ikinci hissənin ortalarından sonra yenə də üstünlüyü ələ keçirdik, fərqlənə bilərdik. "Muğan" asan rəqib deyil, hər iki hissədə əks-hücumda oynadılar. Futbolçularıma əzmkarlığa görə minnətdaram, sonadək rəqib qapısına qol vurmağa çalışdılar, təəssüf ki, alınmadı".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq