"Liverpul"un kapitanı Torresdən inciyib

"Liverpul"un kapitanı Torresdən inciyib
XƏBƏR 12 Fevral 2011 / 17:16 2013
-  A +

"Liverpul"un sadiq kapitanı Stiven Cerard "Çelsi"yə transfer olunan Fernando Torresdən incidiyini açıqlayıb. Qol.Az-ın məlumatına görə, Cerard Torresin bu qərarının onu şoka saldığını və çox məyus etdiyini bildirib: "Torres bu hərəkəti ilə qəlbimi qırdı. Bununla belə, Torres getdikdən sonra ona zəng etdim. Aramızda heç bir problem olmayıb. Onunla çox yaxşı komanda yoldaşı oldum. O, "Liverpul"da bir sıra uğurlara imza atdı. Onunla oynamaqdan zövq aldım. Buna görə də, onu çox qınamaq istəmirəm. Lakin gərək Torres də məni və "Liverpul"un azarkeşlərini düzgün başa düşməlidir".

Kapitan daha sonra "Liverpul"un hazırki vəziyyətinə də aydınlıq gətirib: "Mövsümə pis başlasaq da, hazırda komandada hər şey qaydasındadır. Klubun yeni sahiblərindən də razıyam. Onlarla əlaqə yaratdım və bu insanların etibarlı şəxs olduğunu anladım. Əsasən də son həftələrdə baş verən hadisələrdən sonra onlara güvənim daha da artdı. İnanıram ki, bu amillər bizi uğura aparacaq".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq