Kiyev "Dinamo"sunun yetirməsi "Xəzər Lənkəran"la müqavilə bağladı

XƏBƏR 12 Fevral 2011 / 15:03 2187
-  A +

“Xəzər Lənkəran” növbəti transferini həyata keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, heyətdə qapıçı mövqeyində yaranmış boşluğu doldurmaq məqsədilə klubu ukraynalı qolkiper Yevgen Kopili sıralarına cəlb edib. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

24 yaşlı Kopil Ukraynanın ən tanınmış və ən titullu komandası olan “Dinamo” (Kiyev) futbol klubunun yetirməsidir. Karyerası ərzində “Dinamo”nun ayrı-ayrı yaş qruplarında forma geyinmiş Kopil həmçinin legoiner həyatı da sürüb. O, Polşanın “Zaqlebiye” (Sosnoviek) və “Zaqlebiye” (Lyubin) klublarının şərəfini qoruyub.

Yeni transfer həmçinin 15 yaşından 20 yaşınadək müxtəlif yaş qrupları üzrə Ukrayna milli komandalarında da çıxış edib. Ukraynalı qapıçının "Xəzər Lənkəran"a gəlməzdən əvvəl son komandası Ukraynanın “Zarya” klubu olub.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq