"Qalatasaray" 8 futbolçusu ilə yollarını ayıracaq

"Qalatasaray" 8 futbolçusu ilə yollarını ayıracaq
XƏBƏR 12 Fevral 2011 / 14:29 2444
-  A +

Türkiyənin "Qalatasaray" klubu bu mövsümün sonunda 8 futbolçusu ilə yollarını ayırmağı düşünür. Qol.Az-ın məlumatına görə, gələn mövsüm üçün yeni planlar quran İstanbul təmsilçisinin ən azı 8 futbolçu ilə yollarını ayıracağı bildirilir.

Artıq həmin futbolçuların adları da müəyyənləşib. Bunlardan 2-si legioner, qalanı isə yerli futbolçulardır.

Ümumi siyahı isə belədir:  Mustafa Sarp, Lukas Neill, Aykut Ərçətin, Aydın Yılmaz, Barış Özbək, Harri Kiyull, Əmrə Çolak və Gökhan Zan.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq