"Xəzər Lənkəran"a qalib gələrək revanş almaq istəyirik"

"Xəzər Lənkəran"a qalib gələrək revanş almaq istəyirik"
XƏBƏR 12 Fevral 2011 / 12:46 2062
-  A +

"Neftçi"nin gənc futbolçusu Ruslan Qurbanov "Xəzər Lənkəran"la oyunöncəsi klubun rəsmi saytına fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Qurbanov bu haqda belə danışıb: "Mən çox xoşbəxtəm ki, "Neftçi" kimi böyük bir klubun futbolçusuyam. "Neftçi" Azərbaycanın ən köklü klubudur. Mən klubun rəhbərliyinə və baş məşqçi Arif Əsədova öz dərin minnətdarlığımı bildirirəm ki, onlar mənə inandılar və məni bu kluba  dəvət etdilər. Burada gənclərə çox böyük önəm verilir. İndi komandamız ancaq "Xəzər Lənkəran"la oyuna  köklənib. Bu oyunda qalib gələrək revanş almaq istəyirik. Biz hamıya sübut edəcəyik ki, lənkəranlıların son dəqiqədə  vurduğu qol bir təsadüf idi.  Biz qələbə qazanaraq xal fərqimizi 4-ə çatdırmaq istəyirik".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq