"İnter"də çempion oldu, "Alaniya"ya yollandı

"İnter"də çempion oldu, "Alaniya"ya yollandı
XƏBƏR 12 Fevral 2011 / 01:37 2138
-  A +

Bakının "İnter" klubunun sabiq futbolçusu Georgi Navalovski özünə yeni klub tapıb. Qol.Az-ın məlumatına görə, ötən mövsümün ikinci yarısında "İnter"də icarə əsasında çıxış etmiş 24 yaşlı gürcüstanlı müdafiəçi qarşıdakı mövsümdə Rusiyanın I divizionunda oynayacaq "Alaniya"ya keçib.

Transfer hüququ "Anji"yə məxsus olduğu vaxt Navalovski Bakı komandasının heyətində 18 oyunda 1 qol vurub və Azərbaycan çempionu adını qazanıb. Sonra o, Rusiyanın "Volqa" klubuna yollanıb. Premyer Liqaya vəsiqə qazanan "Volqa" Navalovskinin xidmətlərinə ehtiyac duymayıb.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq