"Barselona" ilə "Real" "Valensiya"nın stadionunda

"Barselona" ilə "Real" "Valensiya"nın stadionunda
XƏBƏR 12 Fevral 2011 / 01:30 2364
-  A +

"Real" və "Barselona" klubları arasında İspaniya Kubokunun final matçı "Valensiya"ya məxsus "Mestalya" stadionunda keçiriləcək. Qol.Az-ın məlumatına görə, İspaniya Futbol Federasiyası əzəli rəqiblərin aprelin 20-də 52 min tamaşaçı tutan stadionda oynamağa razılıq verdiklərini açıqlayıb.

"Barselona" İspaniya Kubokunu 35, "Real" isə 18 dəfə qazanıb. "Kral klubu" 1993-cü ildən ölkə kubokunun finalında oynamır.

"Barselona" və "Real" kubokda həlledici görüşə 4 gün qalmış İspaniya çempionatı matçında da qarşılaşacaqlar. Hazırda kataloniyalılar madridliləri turnir cədvəlində 7 xal qabaqlayırlar.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq