Rəşad Abdullayev martda qayıdacaq

XƏBƏR 19 Fevral 2009 / 17:12 2589
-  A +

«Xəzər-Lənkəran»ın yarımmüdafiəçisi Rəşad Abdullayev zədəli olduğundan komandasına kömək edə bilmir. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumat görə, futbolçunun vəziyyətində irəliləyiş hiss olunur. Dövrələrarası fasilə zamanı zədələnən Rəşadın ayağındakı gips sabah açılacaq. Ardınca isə təxminən 2 həftə bərpa kursu keçdikdən sonra 28 yaşlı futbolçunun fərdi məşqlərə başlayacağı gözlənilir. Həkimlər ümid edir ki, Rəşad təxminən martın ortalarında meydana çıxa biləcək.


Son xəbərlər
21.12.25  18:54

PSV-dən yeni rekord

20.12.25  22:54

Yamal, Haaland, Keyn...