Azərbaycan Premyer Liqasının 20-ci turunda "Muğan"ı qəbul edəcək "Bakı" bu oyunun hazırlıqlarını başa vurmaq üzrədir. Qol.Az-ın məlumatına görə, komandanın baş məşqçisi Aleksandr Starkov axşam məşqi öncəsi fikirlərini klubun rəsmi saytının izləyiciləri ilə bölüşüb.
- Komandamız barədə ilkin təəssüratlarınızı bilmək maraqlı olardı?
Komanda ilə təlim-məşq toplantısı zamanı tanış oldum. Vaxtımız az olsa da, kifayət qədər məlumat toplaya bildim. Komanda barədə fikrim müsbətdir. Oyunçuların davranışı, əzmkarlığı, mehribaçılıq və kollektiv xarakter nümayiş etdirməsi ürəyimcədir.
Görülməli çox işlər var. Antalyada keçirdiyimiz təlim-məşq toplantısı zamanı bütün müsbət və mənfi cəhətlərimizi öyrənməyə çalışdıq. Zəif nöqtələrimizi müəyyən edib, həm taktiki, həm də funksional hazırlıq üzərində çalışmalarımızı davam etdirəcəyik.
- Sizi narahat edən amillər varmı?
Bir neçə futbolçumuzun zədəli olması məni qayğılandırır. Əsasən də, Stefan Borbikoni və Ernad Skuliçin sıradan çıxması bizim üçün ciddi itkidir. Hər ikisi əsas heyətin oyunçularıdır və il boyu demək olar ki, bütün oyunlarda meydana çıxıblar. Boşluq yaranmaması üçün müxtəlif variantları nəzərdən keçirirəm.
Eyni zamanda Aqil Məmmədov, Vaqif Cavadov və Fabio Luis Ramim milli komandanın düşərgəsində olduqlarından komanda ilə birgə hazırlaşa bilməyiblər. Onlar yalnız bu gün bizə qoşulublar. Bu da bizim üçün çətinlik yaradan amillərdən biridir.
- Milli komandadan söhbət düşmüşkən, Latviya-Boliviya oyunu barədə nə deyə bilərsiniz?
Oyun çox xoşuma gəldi. Hər iki komanda sürətli və hücumameylli oyun nümayiş etdirdi. Sevindirici cəhət bu oldu ki, biz qalib gəldik. Latviya millisi səviyyəli oyun göstərdi. Boliviya güclü komandadır. Təkcə Donetsk "Şaxtyor"undan tanıdığımız Morenanın adını çəkmək kifayətdir. O, dünyaca tanınmış oyunçulardan biridir. Belə güclü rəqibə qalib gəlməklə bir daha milli komandamızın iddialı olduğunu ortaya qoyduq. Oyun və nəticədən razı qaldım.
- Sabahkı rəqibimiz barədə nə deyə bilərsiniz?
"Muğan" ciddi rəqibdir, bunu söz xatirinə demirəm. Onlar birinci dövrədə bizdən 3 xal alıblar, məncə elə tək bu fakt "Muğan"ın güclü komanda olduğunun göstəricisi kimi qəbul oluna bilər. Bu komandaya qalib gəlmək üçün bütün gücümüzü səfərbər etməliyik.
Bilirəm ki, klubumuzun rəhbərliyi və azarkeşlərimiz bizdən yalnız qələbə gözləyirlər. Sizi əmin edirəm ki, sabah qalib gəlmək üçün bütün bacarımızı ortaya qoyacağıq".
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi