"Gəncə" 4 futbolçu ilə müqavilə bağladı

"Gəncə" 4 futbolçu ilə müqavilə bağladı
XƏBƏR 11 Fevral 2011 / 16:02 2193
-  A +

Unibank Premyer Liqasında çıxış edən "Gəncə" klubu qış transfer dövrünün son günündə 4 futbolçu ilə müqavilə bağlayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar latviyalı hücumçu Kristabs Qrebis, serbiyalı müdafiəçi Vladimir Zelenbaba, azərbaycanlı qapıçı Ruslan Məcidov və yarımmüdafiəçi Ramazan Abbasovdur.


Latviya yığmasının futbolçusu olan Qrebisin sonuncu dəfə Latviyanın "Metallurq" (Liepaya) komandasında çıxış edib. 31 yaşlı mərkəz hücumçusu mövsümün sonunadək "Gəncə"yə kömək edəcək. 29 yaşlı Zelenbaba isə "Nizami yurdu"na Serbiya "Zemun"undan gəlib.

Sonuncu klubu "Xəzər Lənkəran" olan Abbasovla sonradan daha bir il də uzadılmaq şərtilə 6 aylıq anlaşma əldə edilib. İranın "Fulad" klubundan gələn Məcidov isə 1,5 il müddətinə müqaviləyə imza atıb.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq