"Qarabağ"dan son xəbər

XƏBƏR 11 Fevral 2011 / 14:35 2210
-  A +

"Qarabağ" "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, bazar günü baş tutacaq oyunöncəsi komanda uzun bir aradan sonra tam heyətlə məşq keçə biləcək.

Yanvarın 27-dən milli komandamızın sıralarında olan Ruaf Əliyev, Elvin Məmmədov, Samir Abasov və Vüqar Nadirov artıq klubun düşərgəsindədir. Eyni zamanda öz millilərinin düşərgəsində olan Admir Teli, Ansi Aqolli və Andrey Rubins də artıq geri dönüb.

Bugün Suraxanı qəsəbə stadionunda "Qarabağ" tam heyətlə ilk məşqini edəcək. Yalnız Maksim Medvedyevin müailəcəsi hələ də davam etdiyindən "Qəbələ" ilə oyunda iştirak etməyəcəyi dəqiqdir.
Tofiq İsmayılov adına qəsəbə stadionunda günün tək məşqi saat 15:00-da baş tutacaq.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq