Viktor Valdes:"Fabreqas "Real"ın formasını geyməz"

Viktor Valdes:"Fabreqas "Real"ın formasını geyməz"
XƏBƏR 11 Fevral 2011 / 14:32 2495
-  A +

"Barselona" klubunun qapıçısı Viktor Valdes "Arsenal"ın yarımmüdafiəçisi Sesk Fabreqasın "Real"a keçmək ehtimalının olmadığını açıqlayıb. Qol.Az-ın məlumatına görə, təcrübəli qapıçı Fabreqasın "Real"a yox, yenidən "Barselona"ya qayıdacağına inandığını bildirib: "Fabreqasın "Real"ın formasını geyəcəyini düşünmürəm. Hər kəs bilir ki, futbolçu yenidən "Barselona"ya qayıtmaq istəyir. O çox təcrübəli bir futbolçudur və inanıram ki, tez bir zamanda komandaya uyğunlaşacaq"

Baş məşqçi Qvardiolanın "Barselona" ilə müqavilə müddətini uzatmasına da münasibət bildirən 29 yaşlı qapıçı bu haqda belə deyib: "Komanda olaraq hər kəs ona inanır. O, Kataloniya tarixinin ən uğurlu məşqçilərindən biridir. Onun "Barselona" ilə yollarını ayırmağına heç vaxt imkan yaratmadıq. Təbii ki, bu belə də olmalıdır".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq