Həmkarlar haqqında yazmaq həmişə çətin və məsulyyətli olub. Amma lazım gələndə, peşə etikasından kənara çıxanlara, yolunu azanlara öz durumlarını xatırlatmaq vacibdir. Əks təqdirdə, belə qeyri-peşəkar həmkarların ucbatından sənin də işinə şübhə ilə yanaşacaqlar. Çox təəssüf ki, son vaxtlar Azərbaycan idman mətbuatında böyük sürətlə mənfiyə doğru dəyişiklik gedir. İndi idman mətbuatını şou-bizneslə müqayisə etmək tam yerinə düşür. Dalca danışan kim, böhtan atan kim, tərbiyəsizlyini nümayiş etdirən kim... Təbii ki, belə rüsvayçı məqalələri, xəbərləri oxuyanlar jurnalistlərin yaxşısını da qınayır, pisini də. Yəni, nə qədər etik çərçivələr daxilində, obyektiv, dürüst informasiyalar yaysaq, düzgün analitik yazılar dərc etsək, jurnalistika peşəsi bir o qədər hörmət qazanar.
Lakin axır zamanlar xüsusilə elektron KİV-i izlədikdə, yenə bədbinliyə qapılıram. Mənə elə gəlir ki, bəzi media nümayəndələri ən axırıncı yolu tutub, ən tərbiyəsiz vasitələrə əl atmaqdan belə çəkinmirlər. Guya “Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsindən istefaya göndərilir, onu Sadıq Sadıqov əvəzləyir”, guya “Ramin Musayev AFFA-nın büdcəsini oteldə eyş-işrətə xərcləyib” və ya “Elxan Məmmədov Azərbaycan futbolunun düşmənidir” və s. Bu şəxslərin Azərbaycan idmanında, o cümlədən AFFA-da, PFL-də, “Neftçi”də gördüyü işlər göz qabağındadır. İldən-ilə idman nailiyyətlərimiz artır. Bəs sizin işinizin nəticəsi haradadır? Bu cür cəfəng dolu yazılar jurnalistikanın günü-gündən nüfuzdan düşməsi ilə nəticələnir. Görəsən, belə xəbərlər uyduran KİV nümayəndələri uzağa yox, heç olmasa mənasız “Birlik kuboku” yarışına baş çəkib, niyə oradakı operativliyi, peşə qaydalarını öyrənmək istəmirlər? Mən hələ Avropa, dünya çempionatlarını, olimpiadaları demirəm. Təvazökarlıqdan uzaq olsa da bildirim ki, mən 1996-cı ildən bəri keçirilən bütün Yay Olimpiya Oyunlarında Beynəlxalq Olimpiya Komitəsinin akreditə etdiyi jurnalist qismində iştirak etmişəm, yarış meydançalarından xeyli reportajlar hazırlamışam. Olimpiadalarda əcnəbi jurnalistlərin peşəkar fəaliyyətinə, iş üslublarına yaxından şahidlik etmişəm. Niyə belə nüfuzlu turnirlərə Azərbaycandan barmaqla sayılacaq qədər media təmsilçiləri yollanır? Azərbaycanlı jurnalistlərin çoxu niyə sayıqlamalarla, böhtanlarla günlərini yola verirlər? Fikrimcə, bunların səbəbi sadədir. İşi-gücü uydurma xəbər yazmaq olan jurnalistlərdə savad, dünyagörüşü problemi var. Elə sayt tanıyıram ki, orada gecə saat 2-dən 4-dək 3 xəbər yerləşdirilir. Vəssalam! Bununla da, həmin saytın gündəlik işi bitmiş sayılır. Özü də o 3 xəbərin 2-dən çayxana qoxusu gəlir. Çünki sayta xəbərləri yazan şəxs gecənin yarısınadək çayxanada oturur, küçə söhbətlərini dinləyir, daha sonra evə gəlib, yersiz fikirlərini sayta yerləşdirir. Peşə prinsiplərini hətta 3 günlük Antalya səfərinə qurban verənlər də az deyil.
Mənə elə gəlir ki, Azərbaycan idman mətbuatı uçurumun kənarındadır. Telekanallarımızda idmanı vecinə alan yoxdur, idman qəzetlərinin ala-bula səhifələrini görüb, səhifələmək istəmirsən, bəzi saytlar isə çoxdan iyrəncləşib. İdman jurnalistikasında olduğum 20 il müddətində mənə Dieqo Maradona, Mişel Platini, Lionel Messi, Maykl Felps, Kobi Braynt, Maykl Cordan, Ueyn Qretski və digər onlarla məşhur idmançıdan müsahibə götürmək xoşbəxtliyi nəsib olub. Hər zaman bu ulduzlarla ünsiyyətdə olanda orada xarici idman repartyorlarının işini gördükdə həsəd aparmışam. Bizdə də kifayət qədər tanınmış idmançılar var. Niyə onlar barəsində maraqlı, geniş məqalələr hazırlanmır? Əgər yadınızdadırsa, olimpiya çempionu, cüdoçu Elnur Məmmədli Pekin Olimpiadasından sonra zədə ucbatından bir müddət yarışlarda iştirak edə bilməyəndə, onun haqqında bəziləri nələr yazırdılar? Yazırdılar ki, guya Elnur Məmmədli bütün günü gecə klublarında olur, guya Dövlət Yol Polisinin əməkdaşı kimi yolda durub, gedib-gələn maşınlardan pul yığır. Görəsən, Elnur Məmmədlinin bir müddət əvvəl “World Masters”də qazandığı uğurdan sonra həmin kəslər utandılarmı?
Ayılın, cənablar! Əsl jurnalistika bu deyil! “L’Equipe”, “La Gazzetta dello Sport”, “Kikker”, “France football”, “Sport-Ekspress” səviyyəsinə çatmaq üçün öz-özünüzə hörmət qoymalısınız! Özünüzə hörmətlə yanaşsanız, normal əməkhaqqı da alarsınız, ezamiyyətlərə də gedərsiniz.
Bilirəm, qələmə aldığım bu kiçik yazı heç də birmənlı qarşılanmayacaq. Nə yazıq ki, bu gün sizlərin (qeyri-peşəkar jurnalistlər) sayı bizlərin (peşəkar jurnalistlər) sayından çoxdur.
Elnur ƏŞRƏFOĞLU,
Milli Olimpiya Komitəsinin üzvü, Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının üzvü
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
Kris Smollinqin yeni klubu bəlli oldu
Ronaldodan gedişi ilə bağlı - Açıqlama
Messinin oynamadığı matçda darmadağın
“Sabahın ulduzları”nda çempionlar bilindi
Ronaldo millidən qalmaqalla ayrıldı - Şok olay
Azərbaycan millisi üzərindəki qələbədən danışdı
Azərbaycan millisi Şotlandiyaya uduzdu
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi