"Bakı"nın 3 futbolçusu məşqlərdə iştirak etmir

"Bakı"nın 3 futbolçusu məşqlərdə iştirak etmir
XƏBƏR 11 Fevral 2011 / 11:42 1855
-  A +

Sabah Premyer Liqanın ikinci dövrəsinə start veriləcək. Qol.Az-ın məlumatına görə, paytaxtın "Bakı" klubu ikinci dövrənin ilk oyununda "Muğan"ı sınağa çəkəcək.

Lakin komanda "Muğan"la oyuna itkilərlə hazırlaşır. Ernad Skuliç , Stefan Borbikoni və Rafael Əmirbəyov məqşlərdə iştirak etmirlər.

Skuliç və Borbikoninin zədələri daha ciddidir. Fevral ayının 7-si sol topuq oynağında xırda sümüklərin arasında sümük artımları səbəbindən Mərkəzi Gömrük Qospitalında cərrahiyyə əməliyyatı keçirən Skuliç 3 həftə ərzində yaşıl meydanlardan kənar qalacaq.

Stefan Borbikoninin də zədəsinin sağalması vaxt aparacaq. Sol ayağının ikinci darağ sümüyündə stress sınığı səbəbindən komandadan ayrı qalan Borbikoni intensiv məşqlərə yalnız ayın sonlarında başlaya biləcək.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq