Emil Mpenza:"6 həftəyə komandamın sıralarına qoşulacam"

Emil Mpenza:"6 həftəyə komandamın sıralarına qoşulacam"
XƏBƏR 11 Fevral 2011 / 10:45 1901
-  A +

"Neftçi"nin belçikalı hücumçusu Emil Mpenza mətbuatda 6 aylığa sıradan çıxması ilə bağlı xəbərlərə münasibət bildirib. Qol.Az-ın məlumatına görə, Mpenza klubun rəsmi saytına Azərbaycana qayıdacağı tarixi dəqiqliklə deyib: "Mətbuatda 6 aylığa sıradan çıxmağım haqqında yayılan xəbərlər doğru deyil. Mən bir müddət əvvəl klubun rəsmi saytına müsahibəmdə 6 həftəyə yaşıl meydanlara qayıdacağımı bildirmişdim. Bu qüvvədə qalır. Əməliyyatdan sonra zədəmin bərpa prosesi sadəcə 6 həftə çəkəcək. Artıq həkimlərin rəyi sayəsində, sabahdan etibarən fərdi məşqlərə başlayacam. 6 həftəyə isə komandamın sıralarına qoşulacam".


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq