Qış transferi dövründə rekord

Qış transferi dövründə rekord
XƏBƏR 11 Fevral 2011 / 01:28 2624
-  A +

Qış transfer dövründə rekord sayda - 2451 futbolçu klubunu dəyişdirib. Qol.Az-ın məlumatına görə, FİFA-nın açıqlamasında klub dəyişdirən oyunçuların sayının ötən mövsümə nəzərən 104 faiz artdığı bildirilir.

Bu transferlər üçün klublar 234 milyon avro xərcləyib. Açıqlamada önəmli transferlərdən bəzilərinin son anda həyata keçirildiyi vurğulanıb. Braziliyalı müdafiəçi David Luisin Portuqaliya "Benfika"sından İngiltərənin "Çelsi" klubuna transferinin qış transfer pəncərəsinin bağlanmasına cəmi 2 dəqiqə qalmış rəsmiləşdiyi bildirilib.

Qeyd edək ki, qış transfer dövründə "Liverpul"dan "Çelsi"yə 50 milyon funt sterlinqə satılan Fernando Torres dünyanın ən bahalı transferlərindən biri olub.  

 

 

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq