"Çelsi" müdafiəçisi ilə müqaviləni uzatdı

"Çelsi" müdafiəçisi ilə müqaviləni uzatdı
XƏBƏR 11 Fevral 2011 / 01:03 1768
-  A +

İngiltərənin "Çelsi" klubu serbiyalı müdafiəçi Branislav İvanoviçlə müqaviləni uzadıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yeni anlaşma 2016-cı ilin yayınadək nəzərdə tutulub. 

"Zadəganlar" İvanoviçi 2008-ci ilin yanvarında Rusiya "Lokomotiv"indən 13 milyon avroya alıblar. Futbolçu London klubunda 65 oyuna 4 qol vurub. Halbuki "Lokomotiv"də o, 54 matçda 5 dəfə fərqlənmişdi. 2005-ci ildən Serbiya millisinə çağırılan 26 yaşlı müdafiəçi 38 qarşılaşmada 4 qola imza atıb.    

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq