Emin Mahmudov üçün yeni məşqçi

Emin Mahmudov üçün yeni məşqçi
XƏBƏR 11 Fevral 2011 / 00:19 1742
-  A +

8 qat Rusiya çempionu Andrey Tixonov "Spartak"a qayıdıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Tixonov baş məşqçi Andrey Karpinin köməkçilərindən biri olacaq. O, bu gün komanda ilə birgə Türkiyəyə təlim-məşq toplantısına yollanacaq.

Andrey Tixonov 1992 - 2000-ci illərdə "Spartak"da çıxış edib. Bu müddətdə Tixonov 263 matçda 90 qol vurub. 8 çempionluqdan əlavə, o, Rusiya Kubokunun ikiqat qalibi və ölkənin ən yaxşı futbolçusu da olub. Yarımmüdafiəçi "Spartak"dan getdikdən sonra "Krılya Sovetov", "Makkabi" (Təl-Əviv, İsrail), "Ximki" və "Lokomotiv" (Astana, Qazaxıstan) komandalarının da şərəfini qoruyub.

Qeyd edək ki, "Spartak"da azərbaycanlı futbolçu Emin Mahmudov da çıxış edir.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq