"Qəbələ" "Everton"a da məğlub oldu

XƏBƏR 10 Fevral 2011 / 16:37 1876
-  A +

İngiltərədə təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 14 yaşadək futbolçularından ibarət komandası dünən 2-ci yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, "Qəbələ" bu dəfə "Everton" klubu ilə qarşılaşıb.
 
Meydana əsasən heyətində14 yox, 15-16 yaşlı futbolçularla çıxan "Everton" klubu təmsilçimizə 4 cavabsız qolla qalib gəlib. Futbolçular arasında yaş fərqinin olması və bir neçə gün öncə "Mançester Yunayted"lə oyundakı yorğunluq da "Qəbələ"nin məğlubiyyətində əsas rol oynayıb.

Qeyd edək ki, "Qəbələ" klubu daha öncə "Mançester Yunayted"li həmyaşıdları ilə qarşılaşmış və oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılmışdı.


 


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq