"Qarabağ"ın 7 futbolçusu yığmaların heyətində oynadı

"Qarabağ"ın 7 futbolçusu yığmaların heyətində oynadı
XƏBƏR 10 Fevral 2011 / 14:05 1697
-  A +

Dünən keçirilən beynəlxalq yoxlama görüşlərində "Qarabağ"ın futbolçuları da milli komandaların heyətində meydana çıxıb. Qol.Az-ın məlumatına görə, komandanın 4 futbolçusu Azərbaycan millisinin tərkibində Macarıstana qarşı çıxış edib.

Elə "Qarabağ"ın legionerləri də milli forma üçün tər töküblər. Futbolçulardan Albaniya millisinin şərəfini qoruyan  Admir Teli və Ansi Aqolli Sloveniya millisinə qarşı görüşdə meydanda olublar. Start heyətində meydana çıxan müdafiəçilərin millisi 90-cı dəqiqədə penaltidən buraxdıqları qolla 2:1 məğlub olublar.

Əvəzində isə komandanın digər legioneri eynihesablı qələbəyə sevinib. Latviya millisinin əfsanələrindən olan Andrey Rubins Boliviyaya qarşı görüşdə start heyətində meydana çıxıb və 2:1-lik qələbəyə sevinib.

 


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq