"Təkcə "Xəzər Lənkəran"la yox, bütün görüşlər bizim üçün vacibdir"

"Təkcə "Xəzər Lənkəran"la yox, bütün görüşlər bizim üçün vacibdir"
XƏBƏR 10 Fevral 2011 / 11:43 1916
-  A +

"Neftçi"nin makedoniyalı futbolçusu Slavço Georgievski fevralın 13-də baş tutacaq derbi haqqında danışıb. Qol.Az-ın maəlumatına görə, futbolçu derbi haqda bunları deyib: "Xəzər Lənkəran"la görüş mənim üçün qələbə qazanmalı olduğumuz, çempionat oyunudur.  Təbii ki, bu oyunun Azərbaycanda necə səbirsizliklə gözlənildiyini bilirik. Bu Azərbaycanın ən böyük derbisi hesab olunur. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, premyerliqa bir matçdan ibarət deyil, bütün görüşlər bizim üçün vacibdir. Bu oyunla yanaşı, digər görüşləri də qazanmaq lazımdır. Əsas odur ki, mövsümün sonunda çempion olaq. Çünki komandamız uzun müddətdir qızıl medalları qazana bilmir. Biz çempion olaraq, bu çempionluğu klubun rəhbərliyinə, "Neftçi" azarkeşlərinə həsr etmək istəyirik"

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq