"Bilirdim ki, bizi güclü rəqib gözləyir"

"Bilirdim ki, bizi güclü rəqib gözləyir"
XƏBƏR 10 Fevral 2011 / 01:50 1856
-  A +

Macarıstan milli komandası ilə yoldaşlıq görüşündə 0:2 hesablı məğlubiyyətdən sonra Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Foqts hər iki qolun komandamızın hücum zamanı buraxdığı səhvlər nəticəsində vurulduğunu açıqlayıb.

Almaniyalı mütəxəssis deyib: "Rəqibimiz bu gün layiqli qələbə qazandı. Onlar daha sürətli oyun nümayiş etdirirdilər. Hiss olunurdu ki, futbolçuların çoxu Avropada oynayır. Onlarda qış fasiləsi olmadığından, futbolçuları formadadırlar. Bilirdim ki, bizi yaxşı, güclü rəqib gözləyir. Hücum qurduğumuz zamanı 2 səhvə yol verdik və nəticədə qollar buraxdıq".

Baş məşqçi martın 29-da yığmamızın Belçika ilə səfərdə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup oyununadək yaxşı formada olacağına ümid etdiyini söyləyib. O, futbolçularımızın Macarıstanla matçdakı çatışmazlıqlardan nəticə çıxaracaqlarına da inandığını qeyd edib: "Futbolçularım klublarına qayıdandan sonra bu çatışmazlıqların üzərində çox işləməlidirlər. Mart ayında çempionatda artıq bir neçə tur oynanılacaq. Həmin vaxt komandamın yaxşı formada olacağına ümid edirəm".

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq