"İnter" də "Olimpiya" ilə bacarmadı

"İnter" də "Olimpiya" ilə bacarmadı
XƏBƏR 9 Fevral 2011 / 23:07 1863
-  A +

Bakının "İnter" klubu Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplantısı çərçivəsində son yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, rəqib ötən yay "Xəzər Lənkəran"ı Avropa Liqasının I təsnifat mərhələsində mübarizədən kənarlaşdırmış Moldova "Olimpiya"sı olub. 

Görüşdə hesab açılmayıb. "İnter"in heyətində milli komandalara çağırılan oyunçulardan əlavə, Petar Zlatinov, Valeri Abramidze və Georgi Lomaya meydançaya çıxmayıb. 

Komandamız sabah Bakıya qayıdacaq.  

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq