"Bavariya"dan "Barselona"ya təklif

"Bavariya"dan "Barselona"ya təklif
XƏBƏR 9 Fevral 2011 / 18:56 2173
-  A +

Almaniyanın "Bavariya" klubu bu mövsümün sonunda "Barselona"nın yarımmüdafiəçisi Seydu Keytanı transfer etməyi planlaşdırır. Qol.Az-ın məlumatına görə, Almaniya təmsilçisi Mali yığmasının da formasını geyən Keyta üçün 12 milyon verməyə hazırdır.

Gələn mövsüm "Barselona"nın baş məqçisi Pep Qvardiyolanın da planlarına daxil olmayan Keytanın satılması mümkün görünür. "Barselona" rəhbərliyi də Keytanı satmaqla Sesk Fabreqas və ya Qaret Beyli almağı planlaşdırır.

Qeyd edək ki, 31 yaşlı futbolçunun "Barselona" klubu ilə 2012-ci ilin yayına qədər müqaviləsi var.


Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq