"Qəbələ" Mançester Yunayted"ə məğlub oldu

XƏBƏR 9 Fevral 2011 / 14:46 1877
-  A +

İngiltərədə təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası artıq ilk yoxlama görüşünü keçirib. Qol.Az-ın məlumatına görə , "Mançester Yunayted"li həmyaşıdları ilə qarşılaşan "Qəbələ" futbolçuları rəqibinə böyük hesabla məğlub olub. Matçboyu üstün oyun nümayiş etdirən ingilislər bu qarşılamada 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki,  "Qəbələ"  növbəti yoxlama görüşünü "Everton"a qarşı keçirəcək.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner