Toni Adams: "Kollinz hələ tam hazır deyil"

Toni Adams: "Kollinz hələ tam hazır deyil"
XƏBƏR 9 Fevral 2011 / 01:41 1940
-  A +

"Komandada yüksək psixoloji durum hökm sürür. Hamı üzərinə düşən məsuliyyəti dərk edir. Futbolçularım səylə çalışırlar". Qol.Az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Toni Adams klubun mətbuat xidmətinə açıqlamasında deyib.

İngiltərəli mütəxəssis bildirib ki, yeni transferlərin kollektivə qatılması heyətdəki rəqabəti artırıb. Con Kollinz, Əli Banqura, Nuran Qurbanov və Murad Hüseynovun komandaya uyğunlaşdıqlarını deyən Adamsın fikrincə, onların növbəti matçda oynayıb-oynamamasını futbolçuların özləri müəyyənləşdirəcəklər: "Kollinz hələ fiziki olaraq tam hazır deyil. Amma onun qarşıda iki günü var. Özünü yaxşı tərəfdən göstərə bilsə, şans verə bilərəm. Banqura psixoloji və fiziki baxımdan hazırlıqlı görünür. Böyük ehtimalla növbəti 3 qarşılaşmada ondan yararlanacağıq. Nuran Qurbanov “Qəbələ”nin gələcəyinə hesablanmış transferdir. İstedadlı futbolçudur, amma təcrübəsi az olduğuna görə onun xidmətindən məhdud istifadə edəcəyəm. Murad Hüseynovun durumunu isə yığma komandanın düşərgəsindən hansı vəziyyətdə dönməsinə görə dəyərləndirəcəyik.”

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq