AZAL-dan təqdimat mərasimi

AZAL-dan təqdimat mərasimi
XƏBƏR 8 Fevral 2011 / 23:54 2057
-  A +

AZAL klubu qış trnsfer dövründə müqavilə bağladığı futbolçuları mətbuata təqdim etməyə hazırlaşır. Qol.Az-ın məlumatına görə, klub rəhbərliyi artıq tədbirin keçiriləcəyi günü və yeri də müəyyənləşdirib.

Fevralın 10-da saat 19.30-da "Airport" oteldə komandaya cəlb olunan yeni oyunçular mətbuata tanıdılacaq. Həmin gün belaruslu Gennadi Bliznyuk, bolqarıstanlı Enyo Krastovçev, serbiyalı Mensur Limani, latviyalı Ritus Kryauklis və həmyerlimiz Cavid Rəhimov jurnalistlər qarşısına çıxarılacaq. Təqdimetmə mərasimindən sonra AZAL rəsmilərinin iştirakı ilə mətbuat konfransının keçirilməsi də planlaşdırılır.

Son xəbərlər
28.12.25  13:50

İsko 1 ay oynamayacaq