Simao da "Xəzər Lənkəran"da (FOTO)

Simao da "Xəzər Lənkəran"da (FOTO)
XƏBƏR 8 Fevral 2011 / 17:10 2563
-  A +

"Xəzər Lənkəran" klubu daha bir futbolçunun transferini rəsmiləşdirib. Qol.Az-ın məlumatına görə, komandanın sıralarına qoşulan növbəti legioner Portuqaliyalı müdafiəçi Simao Martins Brunodur. 25 yaşlı müdafiəçi Lənkəran təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.
 
Sol cinah müdafiəçisi olan Bruno peşəkar karyerasına doğma ölkəsində, "Barreirense" klubunda başlayıb. Bundan əlavə, futbolçu müxtəlif illərdə Rumıniya və Slovakiya çempionatlarında da forma geyinib.

Müdafiədən hücumlara qoşulmağı sevən Simaonun yarımmüdafiəçi mövqeyində də oyun təcrübəsi var. Müxtəlif formalarda 100-dən artıq oyun keçirmiş Portuqaliyalı futbolçunun son iş yeri isə Rumıniyanın "Astra" (Ploeşti) klubu olub.
 

Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu