AFFA qırmızı vərəqəni ləğv etdi

XƏBƏR 8 Fevral 2011 / 15:46 1805
-  A +

AFFA-nın İntizam Komitəsi fevralın 2-də “Kapital Bank U-15 Liqa”nın “Bakı” - “Neftçi” matçında yaşanan olayla bağlı qərar verib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə əsasən, matçın 72-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Əlövsət Hüseynov aqressiv oyuna görə (rəqibə dirsəklə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Lakin matçın videoyazısını izlədikdən sonra hakimin epizodu görmədiyi və səhvən “Bakı” klubunun futbolçusunu meydandan kənarlaşdırdığı aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilib.


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu